Yuxarı

“Qarabağa məktub” yazan məşhur türk şairi... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva türk dünyasından gəlmiş şair, yazar, aydınların iştirakı ilə Sumqayıt Poeziya Evində keçirilən IX Şairlər Günündə çıxış edib və türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib.

Kult.az xəbər verir ki, Azərbaycanın böyük şairi Əli Kərim və qardaş Türkiyənin böyük şairi Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan IX Şairlər günündə qardaş Türkiyədən və Qazaxıstandan gəlmiş şair, yazar, aydınların iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmini xüsusi vurğulayıb. Türk dünyasının iki böyük şairi Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışan Paşayeva qeyd edib ki, bu cür ortaq mədəniyyət tədbirləri türk ədəbiyyatında xüsusi yeri olan şairlərimizi daha yaxından tanımağa, gənc nəslə tanıtmağa şərait yaradır.

“Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Abdurrahim bəy sərhədlər çərçivəsində düşünən ziyalı deyildi. Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı", - millət vəkili deyib.

Millət vəkili vurğulayıb ki, A.Karakoç Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi illərdə, Ermənistan tərəfindən torpaqların işğal edildiyi Qarabağda soyqırım törədildiyi dövrdə Azərbaycanda heç zaman olmamasına baxmayaraq, “Qarabağa məktub” adlı silsilə şeirlər yazaraq, Azərbaycandakı qardaş və bacılarının yanında olduğunu göstərməklə bərabər, qardaş Türkiyənin və türk dünyası gəncliyinə müraciət edərək onları Qarabağ probleminin həllində, Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında Azərbaycanın yanında olmağa çağırıb.

“A.Karakoç ondan örnək götürən on minlərlə gənc insannın bu cür milli düşüncə və duyğuları ilə hər zaman qardaş birliyinə çağırıb. Ona görə də o, Türkiyənin olduğu qədər, Azərbaycanın və türk dünyasının şairidir və ona görə də onun xatirəsi böyük şairimiz Əli Kərimlə bərabər bu gün bu tədbir keçirilir”, - millət vəkili bildirib.

Q.Paşayeva həmçinin qardaş Türkiyədən və Qazaxıstandan gəlmiş şair və yazarlarla da görüşüb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.

Tarix
2019.06.12 / 22:51
Müəllif
Kult.az
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla