Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2019


Nəsimi ilə bağlı kitab dərc edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdilinin “Nəsimi 650 - Müsahibələr və araşdırmalar" adlı kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə keçirilən Nəsimi ili çərçivəsində yeni işıq üzü görmüş kitabın təqdimat mərasimində İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Aqil Əsədov, "Yeni çağ" Media qrupunun baş redaktoru Aqil Ələsgər, Azərbaycan-Kərkük Mədəniyyət və İş Birliyi Mərkəzinin sədri Məlahət Qurbanova və başqaları iştirak edib.

Toğrul Allahverdili çıxışında bildirib ki, kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ili "Nəsimi ili" elan olunması ilə bağlı verdiyi sərəncam önəmli rol oynayıb:

"Məlumdur ki, bu il klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, anadilli poeziyamızda fəlsəfi şeirin əsasını qoyan dahi şair Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yanvar 2019-cu ili "Nəsimi ili" elan edib. Təqdim etdiyimiz bu kitabda ölməz şairin həyat və yaradıcılığı haqqında məlumatlar, həmçinin xaricdə yaşayan nəsimişünasların və ölkəmizdə Nəsimi irsini araşdıran alimlərin məqalələri oxuyuculara təqdim olunur".

Daha sonra o qeyd edib ki, bu kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə keçirilən “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçılarına hədiyyə ediləcək.

Təqdimatda çıxış edən iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Aqil Əsədov vurğulayıb ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biridir:

“O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini ərsəyə gətirən ustadlardandır. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yer tutması ötən əsrin 70-ci illərində öz fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdu.

Nəsimi irsinin öyrənilməsi və qorunması istiqamətində ölkəmizdə zəruri işlərin önəmli bir hissəsi uğurla gerçəkləşdirilib. Bu yöndə işlərin davamına dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında ölkə başçısının sərəncamı görkəmli şairin ədəbiyyat və ictimai fikir tariximizdə tutduğu önəmli mövqeyini bir daha təsdiq edir”.

Tarix
2019.07.06 / 18:30
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

14 qırğız yazar Bakıya gəlir

Azərbaycanlı aktyor və aktrisa tanınmaz halda – Video

Həmidə Ömərova yazdı: “Mən öləndən sonra...” – Foto

Heydər Əliyev və milli gəmiçilik siyasəti... - Yeni kitab

Dahi şairə həsr edilən festival: nələr olacaq?

Bu jurnalın yubileyinə nazir və deputatlar gəldi

Bakı əsrarəngiz gözəlliyi ilə məni valeh etdi - Əl-Armuti

Leyla Əliyeva “Yanardağ”dakı poeziya axşamında - Foto

Leyla xanımın şeiri Kamal Abdullanın tərcüməsində

Zabil Müqabiloğlunun “Son zəng”i “çalındı” - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla