Yuxarı

Bakı əsrarəngiz gözəlliyi ilə məni valeh etdi - Əl-Armuti

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İslam Əməkdaşlıq Təşkilatlarına üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tərcümə etdiyi iordaniyalı tarixçi-yazar Ömər əl-Armutinin müəllifi olduğu “İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” kitabın təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, təqdim olunan kitab haqqında ümumi məlumat verən İRŞAD İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev sözügedən kitabın Ömər əl-Armutinin Azərbaycan dilinə tərcümə olunan ikinci kitabıdır olduğunu söyləyib:

“Bu kitab Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyevin İslam dünyasında apardığı uğurlu siyasəti, müsəlman ölkələri, o cümlədən İordaniya ilə qurduğu sıx əməkdaşlıq və dostluq əlaqələrini özündə əks etdirir. İordaniya ilə Azərbaycanın siyasi, iqtisadi və strateji cəhətdən müəyyən oxşarlıqları var. İki ölkə arasında mədəni və siyasi əlaqələr yüksək səviyyədədir, həmçinin bu dövlətlər Dağlıq Qarabağ və digər məsələlərdə əməkdaşlıq edirlər”.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov layihənin məqsədlərindən danışıb. O, vurğulayıb ki, əsas məqsəd Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış problemlərin ərəb ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva bildirib ki, bu kitab həqiqətən Azərbaycana olan sonsuz sevginin təcəssümü kimi ərsəyə gəlib:

“Bir dövlət haqqında bütövlükdə geniş məlumata malik olan xarici müəllif tərəfindən kitabın çap olunması həqiqətən bir bayramdır. Həmin dövlət haqqında yazılan məlumatın çatdırılması bayramıdır. Düşünürük ki, bu kitab Azərbaycan xalqı və onun keçdiyi tarixi inkişaf yolu, bu günü, həmçinin onun davamlı, dayanıqlı inkişafı, gələcək planları, daxili, eyni zamanda xarici siyasəti, tarixi və mədəniyyəti haqqında İordaniya xalqına geniş məlumat bəxş edir. Hər iki ölkə başçıları tərəfindən aparılan siyasət nəticəsində 2007-2010-cu illər ərzində qarşılıqlı olaraq 2 səfərin edilməsi və 40-a qədər sazişin imzalanması bu kitabda çox böyük məhəbbətlə yer alır. Üç fəsildən ibarət olan bu kitabda məni ən çox sevindirən məqam ondan ibarətdir ki, xalqın ən sadə nümayəndəsi belə qatılan tədbirlərin baş verməsidir. İordaniyada Azərbaycan mədəniyyət günləri böyük məhəbbət hissi ilə qarşılanıb. Bu mədəniyyət günlərinin qarşılıqlı şəkildə, mübadilə əsasında baş verməsi xalqların bir-birinin mədəniyyətlərini, eləcə də onların xarakterlərini, həmçinin bu ölkə haqqında ideoloji münasibətlərin inkişafına təkan verir. Hesab edirəm ki, bunların sayını artırmaq lazımdır. Cənab Ömər bəy 40-dan çox kitabın müəllifidir və tarixi, bədii mövzularda yazır. Onu İordaniya xalqı sevir, bundan sonra isə bütün Azərbaycan sevəcək və siz bu gündən etibarən Azərbaycanın dostuna çevrildiniz”. S.Vəliyeva Ömər əl-Armutiyə Naxçıvan xalçasının ornamentlərindən ibarət hədiyyə təqdim edib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da çıxış edərək ölkə jurnalistləri adından Ömər əl-Armutiyə təşəkkür edib.

Sonda çıxış edən müəllif Ömər əl-Armuti kitabın Azərbaycan dilinə tərcüməsinə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib:

“Azərbaycan haqqında deyəcəklərimi hər iki kitabımda demişəm. Bu mənim Bakıda 4-cü səfərimdir. Paytaxtınız məni əsrarəngiz gözəlliyi və əhalisinin qonaqpərvərliyi ilə özünə valeh edib. Hər gəlişimdə aparılan yeniliklərin şahidi oluram”.

Tarix
2019.07.10 / 18:52
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla