Yuxarı

Heydər Əliyev və milli gəmiçilik siyasəti... - Yeni kitab

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev və milli gəmiçilik siyasəti... - Yeni kitab

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sifarişi ilə “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” adlı kitab işıq üzü görüb.

Kult.az xəbər verir ki, kitabda Ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.

Azərbaycanda gəmiçilik tarixinə qısa səyahət şəklində verilmiş birinci fəsildən sonra Heydər Əliyev erasının – “Yeni eranın başlanğıcı” fəsli gəlir.

“69-cu ilin isti yayı” bölməsində Ulu öndərin ölkəyə rəhbər seçilməsinin tarixçəsindən bəhs olunur, daha sonra respublikada başlayan inkişaf və dəyişikliklərdən danışılır. Maraqlıdır ki, Heydər Əliyev 1969-cu il iyulun 14-də hakimiyyətə gələndən cəmi bir neçə gün sonra – Azərbaycan KP MK-nın iyulun 22-də keçirilən büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edib. Təkcə bu fakt Ümummilli liderin respublika iqtisadiyyatını dirçəltmək üçün gəmiçiliyə hansı mühüm əhəmiyyət verdiyi barədə aydın təsəvvür yaradır.

Kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi, peşəkarlığın həvəsləndirilməsi, əmək intizamının gücləndirilməsi və s. kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.

Kitabın “Ulu öndərin fəaliyyətində Moskva vaxtı” adlanan fəslində Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi sovet nəqliyyat sisteminə rəhbərlik etdiyi illərdən bəhs olunur.

Azərbaycanın müstəqilliyini bərpa edəndən sonrakı illərdə Ümummilli liderin milli gəmiçilik sahəsində atdığı mühüm addımlardan, qəbul etdiyi taleyüklü qərarlardan ayrıca fəsildə söhbət açılır.

Kitabın “Gəmiçiliyin inkişafında yeni mərhələ” adlanan sonuncu fəslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində ölkədə milli gəmiçilik sahəsində aparılan struktur dəyişiklikləri və qazanılan uğurlar haqqında danışılır.

Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.

Kitabın müəllifi əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.

Tarix
2019.07.13 / 15:05
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla