Yuxarı

Səmədoğlunun büstü haqda “karton” yalanı – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səmədoğlunun büstü haqda “karton” yalanı – Foto

Büstün yerləşdiyi Mütəfəkkirlər Parkında çoxsaylı heykəl var. Onların böyük əksəriyyəti betondandır. Heykəlin hansı materialdan olması heç nəyin göstəricisi deyil. Dünyadakı ən dəyərli sənət əsərləri adi kətanın üzərində yaradılıb. Amma sözügedən büstün digərlərindən fərqlənməsi üçün onu polyesterdən hazırladıq.

Bu sözləri Kult.az-a açıqlamasında heykəltəraş Kamran Əsədov xaricdə yaşayan azərbaycanlı jurnalistlərdən birinin V.Səmədoğlunun büstünün “sintetik karton”dan olması və 458 manata başa gəlməsi haqda yaydığı məlumata münasibətində deyib. K.Əsədov bildirib ki, Vaqif Səmədoğlunun şərəfinə hazırladığı bu büst üçün material heykəltaraşlıqda istifadə edilən ən müasir materiallardandır:

“Sözügedən büstün sifarişini aprel ayında almışam. İyun ayında Qazax şəhərində açılışı olub. Büstün hündürlüyü 120, eni 80 sm-dir”.

Heykəltəraş bildirib ki, büstün hazırlanması ilə bağlı “dəqiqliklə” göstərilən 458 manat məbləğ sadəcə gülməlidir.

“458 manata qara karandaşla adi kağız üzərində adamın heç portretini çəkmirlər”, - deyə müsahibimiz bildirib. Buna baxmayaraq, heykəltəraş bu işə görə aldığı qonorardan danışmayıb:

“Xalq şairinin büstünə görə alınan qonorardan danışmaq ayıbdır. Belə abidələrin dəyəri incəsənət əsəri olmasındadır və yalnız bu müzakirə edilə bilər”.

Qeyd edək ki, xaricdə yaşayan jurnalist Qənimət Zahid Qazaxda Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun şərəfinə qoyulan büstün fotosuna yayaraq, onun guya “sintetik karton”dan hazırlandığını, 458 manata başa gəldiyini, ancaq 40 min manata sənədləşdirildiyini iddia edib.

Tarix
2019.07.24 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla