Yuxarı

Görkəmli qəzəlxanın vəfatından 20 il ötdü - Anım

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görkəmli qəzəlxanın vəfatından 20 il ötdü - Anım

Bu gün qəzəlxan-şair Hacı Mailin vəfatının 20 ili tamam olur.

Kult.az xatırladır ki, görkəmli füzulişünas-alim Mail Əliyev (Hacı Mail) 1935-ci il oktyabrın 25-də Bakının Nardaran kəndində anadan olub. 1951-ci ildə kənd yeddiillik məktəbini, 1954-cü ildə Maştağadakı 128 saylı orta məktəbi, 1960-cı ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Uşaq yaşlarından klassik Şərq ədəbiyyatına, ilk növbədə Füzuli yaradıcılığına böyük həvəs göstərib.

M.Əliyev iyirmi ildən artıq Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışıb. Türk, fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlər əlyazmaları üzərində dərin tədqiqat işləri aparıb, “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” kitabını ərsəyə çıxarıb.

Bundan başqa, o, “Cahanşah Həqiqi. Seçilmiş əsərləri” və “Dahilərin göz yaşı” kitablarının tərtibçisi olub.

Redaktorluğu altında buraxılan kitablar isə bunlardır: “Kişvərinin seçilmiş əsərləri”, “Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin elmi tənqidi mətni”, “Hacı Şeyx Əli Tutinin şeirləri”.

Hacı Mail həm də rəvan təbli şair idi. 1986-cı və 1994-cü illərdə iki qəzəllər toplusu çapdan çıxıb. Qəzəlləri bu gün də xanəndələrimiz tərəfindən ifa olunur.

O, “Məcməüş-şüəra” ədəbi məclisinin bərpaçısı, “Füzuli” ədəbi məclisinin təşkilatçısı və sədri olub.

Hacı Mail iki dəfə Məkkə və Mədinəni, dəfələrlə Kərbəla və Məşhədi ziyarət edib.

Dörd oğlu və səkkiz nəvəsi var.

O, 1999-cu il avqustun 22-də ağır xəstəlikdən vəfat edib.

Mailin bir qəzəlini təqdim edirik:

Arif olanın sevgili cananı Vətəndir,

Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir.

Hər kəs vətəni sevməsə, insan deyil əsla,

İnsan olanın cismində həm canı Vətəndir.

Min dərdə düçar olsa da övladi-vətən gər,

Hər çarəsini qılmağa Loğmanı Vətəndir.

Yarın qəmi-hicranına dözməkdə nə vardır,

Ən müşkül olan dəhrdə hicrani-Vətəndir.

Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,

Könlüm, nə zaman istəsə, qurbani-Vətəndir.

Hər kəs soruşa gər mənim ünvanımı sizdən,

Ol şəxsə deyin: - Mailin ünvanı Vətəndir.

Tarix
2019.08.22 / 08:30
Müəllif
Aynurə Məmmədova
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla