Yuxarı

Ziya Məmmədov şeir yazır? - Açıqlama

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədov şeir yazır? - Açıqlama

12:12

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov şeir yazması ilə bağlı yayılan idialara münasibət bildirib.

Kult.az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bunun yalan olduğunu bildirib.

"Şeir yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən ümumiyyətlə bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır", - o deyib.

Qeyd edək ki, bu gün Qaynarinfo.az saytı keçmiş nazirə aid olduğu iddia edilən şeirləri paylaşıb.

Sözügedən şeirləri təqdim edirik:

Nəsihət

Aldanma dünyada şərə, yalana.

Dadanma zibaya, zərə, talana.

Nadanın haqqını aqil olana

Zalımın haqqını qula ver, getsin.

***

Həyat dodağıma qonur ah kimi,

Bəzən nəğmə kimi, "Çahargah" kimi,

Nə fərqi qul kimi, ya da şah kimi -

Ömür də bir yoldu, yola ver, getsin.

***

Daraldı dostların sırası, sayı,

İndi dualardı qəlbimin payı,

Hafiz, nə edirsən qızıl sarayı

Aldanma bu keyfə, hala, ver, getsin.

***

Artıq payız fəslidir,

Yağış, külək, ayaz...

Könlüm dilə gəlir,

deyir yenə yaz...

Günəş yuxuludur, buludlar gümrah.

Darıxır budaqlarda mandarin, nar,

Qəlbimdə həsrətin kədəri var...

***

Əzizinəm dağdadı,

Arandadı, dağdadı.

Bülbül azıb meşədə,

Gülü isə bağdadı.

Əzizinəm, yar olsun,

Heyva olsun, nar olsun.

Dar gündə həyan olan

Köhnə dostlar var olsun.

***

Əzizinəm, qalasan,

Yaman günə qalasan.

Ötən günə gün çatmaz,

Günü-günə calasan.

Tarix
2019.10.01 / 15:08
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla