Yuxarı

Deputatın Namanqanda kitabı təqdim edildi – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatın Namanqanda kitabı təqdim edildi – Foto

Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, “Kitab dünyası” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Əbədi dostluq” adlı tədbir və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının növbəti təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri, burada fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbiri Namanqan vilayət hakiminin müavini Paxriddin Matkarimov açaraq dili, mədəniyyəti, adət və ənənələri, dini eyni olan Azərbaycan və özbək xalqlarının tarix boyu dostluğu və əməkdaşlığından danışıb, bu əlaqələrin müstəqillik dövründə strateji partnyorluq səviyyəsinə yüksəldiyini bildirib.

Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Namanqana səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Özbəkistanın 2-ci ən böyük şəhəri olan Namanqanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının tərcümə bölməsinin rəhbəri Adxambek Alimbekov Azərbaycanla ədəbi əlaqələrin daim prioritet olduğunu, şairlərimizin daim bir-birindən ilham aldığını və böyük əsərlər yaratdığını qeyd edib, müstəqillik dövründə də Azərbaycanla ədəbi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib.

Qənirə Paşayeva tədbirdə Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib.

O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib.

Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında dostluğa, ədəbi əlaqələrə töhfə verdiklərini bildirib. Naşir Qənirə Paşayevanın kitabının Özbəkistanda özbək türkcəsində çap etməkdən və bir çox vilayətlərdə təqdimat və görüşləri təşkil etməkdən məmnuniyyət duyduğunu deyib.

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şəmil Sadiq ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və yazıçılar arasında əməkdaşlığın genişləndirməsi, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Qənirə Paşayevanın özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilib, kitab təqdimatı keçirilib və Q.Paşayevanın sözlərinə özbək bəstəkarlarının bəstələdiyi mahnılar səsləndirilib.

Tarix
2019.10.02 / 14:46
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla