Yuxarı

Bakıda məşhur mağazalar şəbəkəsi bağlanır – Açıqlama

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur mağazalar şəbəkəsi bağlanır – Açıqlama

“Kitabevim.az” mağazalar şəbəkəsi maliyyə çatışmazlığına görə fəaliyyətini dayandırır.

Bu barədə Kult.az-a “Kitabevim.az” mağazalar şəbəkəsinin icraçı direktoru Emin Sadıqov məlumat verib. O bildirib ki, mağaza dotasiya ilə fəaliyyət göstərib:

“Gəlirimiz az, xərclərimiz isə çox yüksəkdir. “Nizami” metrosunun yaxınlığındakı filial da bağlanır. Bundan əvvəl isə “Əhmədli” metrosunun yaxınlığındakı filialımız bağlanmışdı. Hazırda sonuncu ayın icarə haqqını və əməkdaşların maaşlarını ödəmək üçün “Nizami” filialımızda kitablara 50 faiz endirim etmişik. Endirimlər bu ayın sonuna qədər davam edəcək. Yanvar ayının 1-dən isə mağazamız fəaliyyətini tamamilə dayandıracaq.

Hələ ki, “28 May” metrosunun yaxınlığındakı filialımız fəaliyyətini davam etdirir. Amma bu gedişlə həmin filialımız da bağlanacaq”.

Qeyd edək ki, “Kitabevim.az” mağazalar şəbəkəsi 2013-cü ildən fəaliyyət göstərir.

Tarix
2019.12.11 / 10:59
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla