Yuxarı

Vaqif son dəfə Ramiz Rövşəndən nə istəmişdi?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqif son dəfə Ramiz Rövşəndən nə istəmişdi?

Azərbaycan poeziyasında böyük iz qoymuş iki şairin – Vaqif Səmədoğlu və Ramiz Rövşənin uzun illərə dayanan dostluğu olub.

Axar.az xəbər verir ki, ölümündən bir müddət əvvəl əməkdaşımıza verdiyi müsahibədə dostlarının ona qayğısından danışan Vaqif Səmədoğlu şair Ramiz Rövşənlə bağlı xatirələrindən də söz açır:

"Ramizin atası Məmmədəli kişi sağ olanda Əmircanda bir evləri varıydı, ayda iki-üç dəfə gedirdim, gecə də qalırdım. Allah rəhmət eləsin, Məmmədəli kişi məni yaman çox istəyirdi. Məmmədəli kişi o saat süfrə açırdı, içki-zad gətirirdi. Axşamdan səhərə qədər Ramiz özünü saxlaya bilmirdi. Ramiz bir az içən kimi elə bil, zənciri qırmış köpək itidir. Yox, dava salmır, ancaq şeir deyir. Mənim şeirlərimi Ramiz Rövşən mənim yadıma salırdı. Çox qəribə günlər idi".

Mərhum xalq şairi dostu Ramiz Rövşəndən son dəfə nə istədiyini də dilə gətirir:

"Ramiz Rövşən mənə deyir ki, sənin üçün nə eləyə bilərəm? Dedim, ancaq bir şey eləyə bilərsən, öləndən sonra yaxşı şeir yaz. Bundan artıq neyləyə bilərsən?"

Xatırladaq ki, xalq şairi Vaqif Səmədoğlu uzun sürən xəstəlikdən sonra bu il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

Tarix
2015.10.02 / 15:45
Müəllif
Nigar An
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla