Yuxarı

Tərcümə Mərkəzindən 10 minlik müsabiqə elanı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərcümə Mərkəzindən 10 minlik müsabiqə elanı

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Yeni Söz" adlı ədəbi yaradıcılıq mükafatı təsis edib.

Axar.az xəbər verir ki, müsabiqəyə poeziya, nəsr və esse nominasiyaları üzrə əsərlər qəbul edilir.

Əsər qəbulu oktyabrın 2-dən dekabrın 23-nə qədər davam edəcək. Qaliblər 2016-cı il mayın 25-də keçiriləcək mükafatlandırma mərasimində bəlli olacaq.

Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:

Poeziya:

poema – hər iştirakçı həcmindən asılı olmayaraq, 1 poema ilə müsabiqəyə qatıla bilər

şeirlər – 3 şeirdən artıq şeirlə müsabiqəyə qatılmaq olmaz

Nəsr:

roman – hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 romanla müsabiqəyə qatıla bilər

hekayələr – həcmi 40 000 işarəyə qədər olmalıdır

Esse:

esselər – həcmi 20 000 işarəyə qədər olmalıdır

Hər nominasiya üzrə mükafat yalnız bir müəllifə təqdim ediləcək. Hər bir iştirakçı mükafata yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər. Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir.

Müsabiqəyə təqdim edilmək üçün zəruri olan sənədlər:

a) müsabiqə iştirakçısının adı, soyadı, ədəbi təxəllüsü və özü haqqında qısa məlumat;

b) şəxsiyyət vəsiqəsinin surəti və ya skayn olunmuş variantı;

c) iştirakçının əlaqə nömrəsi və elektron ünvanı.

Müsabiqəyə təqdim olunan mətnin əvvəlində iştirak etdiyi nominasiyanın adı mütləq qeyd olunmalıdır. Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlərin müsabiqədə iştirakı təmin olunmur.

Əsərlər [email protected] elektron ünvanına göndərilə və ya kağız formatında Tərcümə Mərkəzinin mətbuat xidmətinə təqdim edilə bilər.

Mükafat fondu:

Ən yaxşı nəsr əsəri nominasiyası üzrə:

I yer - 2000 manat (iki min manat)

II yer - 1000 manat (min manat)

III yer - 500 manat (beş yüz manat)

Ən yaxşı esse nominasiyası üzrə:

I yer - 2000 manat (iki min manat)

II yer - 1000 manat (min manat)

III yer - 500 manat (beş yüz manat)

Ən yaxşı poeziya nümunəsi nominasiyası üzrə:

I yer - 2000 manat (iki min manat)

II yer - 1000 manat (min manat)

III yer - 500 manat (beş yüz manat)

Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə – 20-liyə keçən əsərlər Mükafat Komissiyasına təqdim edilir.

Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir. Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları gizli saxlanılır.

Qaliblərə diplom və pul mükafatları təqdim olunacaq. Seçilən əsərlər xarici dillərə çevriləcək və beynəlxalq müstəvidə təbliğatı aparılacaq.

Tarix
2015.10.03 / 17:50
Müəllif
Nigar An
Digər xəbərlər

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla