Yuxarı

Əli bəy masonluğa qəbul olunub? - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli bəy masonluğa qəbul olunub? - Video

İttihad və Tərəqqi Partiyasının masonlarla heç bir əlaqəsi yox idi.

Bu sözləri filoloq, Əli bəy Hüseynzadə irsinin araşdırıcısı, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan İttihad və Tərəqqi Partiyasının və Əli bəy Hüseynzadənin masonlarla əlaqəli olub-olmaması haqda Axar.az-a danışarkən deyib:

"Əli bəy Hüseynzadə İttihad və Tərəqqi Partiyasının qurucusu olub və o partiyanın masonlarla heç bir əlaqəsi yoxdur. Əli bəyin Ziya Göyalpa türkçülük, millətçilik ruhunun formalaşmasında böyük təsir olub, Göyalp onun haqqında məqaləsində də yazır. İttihad və Tərəqqi siyasi cəmiyyət idi, amma onun quruluşunda mason elementləri yox idi. Kimsə oxşadır, nəsə yazır, bu başqa məsələdir. Partiyanın əsas qayəsi Osmanlının çöküşü dövründə millətçilik məsələsini meydana gətirmək idi, bunu da elədi. İslamçılıq və osmanlıçılıq var idi, üçüncü tərəf boş qalmışdı. Osmanlı imperiyası çökəndən sonra cəmiyyət hansı strukturda yaşaya bilərdi? Ona görə də türkçülük ideologiyasını irəli sürdü. Bu ideologiyanı da Tərəqqi təmsil elədi. Yenə deyirəm, Əli bəy Hüseynzadə mason olmayıb".

Qeyd edək ki, Türkiyə mətbuatında İttihad və Tərəqqi siyasi cəmiyyətinin üzvlərinin mason olması və quruluşunda mason elementlərindən istifadə edilməsi haqda məqalələr, videolar var. Eləcə də partiyanın türk dilində olan vikipedik məlumatında da bu barədə qeydlər yazılıb.

Tarix
2015.10.08 / 12:19
Müəllif
Nigar An
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla