Yuxarı

Nobelçi qadının başına gələnlər - Tarix

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nobelçi qadının başına gələnlər - Tarix

Xəbər verdiyimiz kimi, bu il ədəbiyyat üzrə Nobel mükafatına belarus yazıçı Svetlana Aleksieviç layiq görüldü.

Axar.az xəbər verir ki, 31 may 1948-ci ildə anadan olan yazıçı Svetlana Aleksandrovna Aleksieviç ömrü boyu tarixi, siyasi hadisələrin mərkəzində olub. Jurnalist kimi fəaliyyəti dövründə o, Sovet-Əfqan savaşı, Çernobıl faciəsi, SSRİ-nin dağılması kimi böyük proseslərlə bağlı reportajlar hazırlayıb.

Yazdığı yazılarla Belarus rejimini sərt şəkildə tənqid etdiyinə görə 2000-ci ildə onun haqqında cinayət işi açılıb. Bu təqiblərdən sonra Svetlana ölkəsini tərk edib. Sonrakı illərdə Paris, Göteborq, Berlin kimi şəhərlərdə sürgün həyatı yaşayan yazıçı, nəhayət, 2011-ci ildə yenidən ölkəsinə qayıdıb.

Onun əksər əsərləri SSRİ-də yaşamış insanların həyatından bəhs edir. Sovet-Əfqan savaşı haqda yazdığı "Sink uşaqları" və Çernobıl faciəsindən bəhs edən "Çernobıl uşaqları" kimi əsərləri yüksək tirajla satılıb. Onun "Müharibənin qadın olmayan üzü" əsəri 1985-ci ildə yayımlanıb və qısa müddət ərzində 2 milyon nüsxə satılıb. Romanda İkinci Dünya müharibəsinin gizli məqamları qadınların monoloqları vasitəsilə oxucuya çatdırılır. Müəllif 1993-cü ildə qələmə aldığı "Ölümlə ovsunlananlar" əsərində SSRİ-nin dağılmasından sonra ümidsizliyə qapılıb intihar edən insanların həyat hekayəsini göstərir.

Svetlana Aleksandrovna Aleksieviçin əsərləri 19 dilə tərcümə olunub və bu əsərlər əsasında müxtəlif sənədli filmlər çəkilib, teatr tamaşaları hazırlanıb.

Qeyd edək ki, Svetlana Aleksieviç "Polifonik yaradıcılığı ilə dünyamızda əzab və cəsarətə abidə qoyduğu üçün" bu il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Tarix
2015.10.08 / 19:03
Müəllif
Nigar An
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla