Yuxarı

Heydər Əliyev: “O an həyəcansız otura bilmirdim” - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev: “O an həyəcansız otura bilmirdim” - Video

Bu gün Azərbaycanın böyük şairi Məmməd Arazın doğum günüdür.

O, 1933-cü il oktyabrın 14-də Naxçıvanda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutundan təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edən Məmməd Araz sonralar "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini kimi çalışıb.

Məmməd Arazın əksər şeirləri sevilir, dillər əzbəridir. Amma onun "Müharibə olmasa" şeiri nəinki qan-qada içində keçən XX əsrə, bütövlükdə dünya savaşlarına qarşı qaldırılmış qələbə bayrağıdır:

Əridib silahları

Biz marten sobasında,

Körpü yarada billik

Yerlə Mars arasında,

Müharibə olmasa!

"Daş harayı", "Dünya düzəlmir", "Qayalara yazılan səs", "Sevgi nəğməsi" kimi bir çox kitabın müəllifi olan Məmməd Araz tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Şairin Nekrasovdan, Mixalkovdan etdiyi tərcümələr ədəbiyyatımız üçün mühüm əhəmiyyət kəsb edən vəsaitlərdir.

Mərhum Prezident Heydər Əliyev çıxışlarında Məmməd Araz yaradıcılığının və şəxsiyyətinin xalqımızın tarixindəki rolunu dönə-dönə qeyd edir:

"Məmməd Araz poeziyasının bugünkü məclisi mənə elə gəlir ki, Azərbaycanın mədəniyyət tarixində, mədəni həyatında, ictimai həyatında böyük, görkəmli bir hadisədir. Təbrik edirəm səni, Məmməd Araz! Bu gün sənin yaradıcılığının hamısını yox, bir qismini nəzərdən keçirdik, gördük.

Sizə səmimi deyirəm, mən həyəcansız otura bilmirdim. Hər adam belə şeylərə bir cür reaksiya verir. Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə bilmirdim. Bizim mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var! Biz nə qədər zənginik!"

Zəngin yaradıcılığı ilə mədəniyyətimizin yüksəlişində rol oynayan xalq şairi Məmməd Araz 2004-ci il 1 dekabr tarixində Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2015.10.14 / 11:01
Müəllif
Nigar An
Digər xəbərlər

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla