Yuxarı

Bağırov yazıçıya zülm etdi, sonra vəzifə verdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırov yazıçıya zülm etdi, sonra vəzifə verdi

Bu gün Azərbaycan SSR xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun doğum günüdür.

Mirzə İbrahimov 1911-ci ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Yazıçının yaradıcılığı da daha çox Cənubi Azərbaycanla bağlıdır. "Gələcək gün", "Pərvanə" və s. romanları, eləcə də cənub hekayələri bizə bunu deməyə əsas verir.

Ağır repressiya illərində yazıçı Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli və Sabit Rəhmanla yaxın dost olub.

Sovet rəhbərləri – Stalin, Xruşşov, Qorbaçov, Brejnev ilə daim təmasda olan Mirzə İbrahimov təkcə ədəbiyyatda yox, həm də ictimai-siyasi həyatda hadisə idi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Sovetinin deputatı olan, Bağırov zülmünün hər üzünü görən yazıçı repressiya qurbanı ola bilərdi.

Qızı Sevda İbrahimova xatirələrində yazır ki: "1937-ci ildə atamın aldığı nişan üzüyünü anamın barmağına Nigar Rəfibəyli taxıb. 1938-ci ildə isə kiçik bir məclis təşkil edərək ailə həyatı qurublar. Həmin o düyündə iştirak edən qələm dostlarının əksəriyyətini isə bir müddət sonra repressiya dalğası caynağına alıb apardı. Həmin illərin ən başıbəlalı yazıçılarından biri də elə Mirzə İbrahimov olub".

Bir dəfə M.C.Bağırov kiçik bir şeyə əsəbiləşərək Mirzə İbrahimovun üstünə qışqırır, onu "satılmış siyasi düşmən" adlandırır. "Susan adamlar" bu dəfə də "vəzifələrini" layiqincə yerinə yetirirlər. Heç kim Mirzə İbrahimovu müdafiə etmir, çünki bunun canları bahasına başa gələcəyini bilirlər. Ancaq bütün ədəbiyyat, mədəniyyət adamlarını həbs edib sürgünə göndərmək də yuxarılara sərf etmirdi. Mirzə İbrahimova toxunmur, hətta bir müddət sonra yeni vəzifə də verirlər. Mirzə İbrahimov Azərbaycan xalq maarif komissarı vəzifəsində çalışmağa başlayır.

Ana dilimizin daim keşiyində dayanan Mirzə İbrahimov dil haqqında onlarla məqalənin müəllifidir. Azərbaycan Elmlər Akademiyasının (1945) ilk həqiqi üzvlərindən biri də Mirzə İbrahimov olub.

Çoxsaylı mükafatlar alan yazıçı 1979-cu ildə Beynəlxalq Nehru mükafatına layiq görülüb.

Mirzə İbrahimov 1993-cü il, dekabrın 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2015.10.15 / 14:47
Müəllif
Nigar An
Digər xəbərlər

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla