Yuxarı

Nazirlik Frankfurt yarmarkasında – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Frankfurt yarmarkasında – Foto

Oktyabrın 14-də Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan Frankfurt beynəlxalq yarmarkası işə başlayıb.

Axar.az xəbər verir ki, sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Oktyabrın 17-də Azərbaycan stendində, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək mərasimə müxtəlif ölkələrdən qonaqlar da qatılacaq.

Oktyabrın 18-dək davam edəcək sərgi müddətində stendimizdə nəşr məhsullarının nümayişi ilə yanaşı, işgüzar görüşlər də keçiriləcək.

Qeyd edək ki, Avropada kitab sərgi mədəniyyətinin tarixi hələ XVI-XVII əsrlərdə təşkil olunan Frankfurt və Leypsiq yarmarkalarından başlayır. 1949-cu ildən ənənəvi olaraq keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab bazarı hesab olunur. Ümumi ekspozisiya sahəsi 170 min kvadratmetrdən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır. Builki yarmarkanın fəxri qonağı İndoneziyadır.

Tarix
2015.10.15 / 15:22
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla