Yuxarı

Şairin şairdən bəhs edən romanı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şairin şairdən bəhs edən romanı - Foto

Bu gün Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Sabir Rüstəmxanlının "Şair və şər" romanının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, "Natəvan" klubunda baş tutan təqdimatda AYB sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə və şairin qələm dostları, oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çingiz Abdullayev Sabir Rüstəmxanlının həm ictimai xadim, həm də yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynadığını qeyd edib. Onun digər kitablarının da böyük mənəvi çəkisi olmasından söz açıb.

AYB sədri Anar yeni romanı münasibətilə Sabir Rüstəmxanlını təbrik edib, kitabı böyük həvəslə oxuyacağını bildirib.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə S.Rüstəmxanlının şeirlərinin, nəsr əsərlərinin "Azərbaycan" jurnalında çap olunmasından daim məmnunluq hissi keçirdiyini deyib.

Qeyd edək ki, Sabir Rüstəmxanlının "Şair və şər" kitabı Azərbaycanın böyük şairi Məhəmməd Hadinin faciəli həyatından bəhs edir.

Tarix
2015.10.15 / 16:47
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla