Yuxarı

Türklərin möhtəşəm Bakı proqramı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklərin möhtəşəm Bakı proqramı

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türkiyədən qonaq gələn tanınmış şair və bəstəkarları qəbul edib.

Axar.az xəbər verir ki, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) başqanı, şair Məhməd Nuri Parmaksız AYB sədrinə qonaqları təqdim etdikdən sonra səfərlərinin məqsədi barədə ətraflı məlumat verib, İLESAM-la Azərbaycan Bəstəkarlar İttifaqı arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən "Mahnıdan şarkıya" layihəsinin əhəmiyyətli tərəflərindən danışıb:

"Azərbaycanın altı tanınmış şairinin şeirinə Türkiyənin altı bəstəkarı, eyni zamanda Türkiyənin altı tanınmış şairinin şeirinə altı Azərbaycan bəstəkarı mahnı bəstələyib. Hər iki dildə yazılmış şeirlər tərcümə edilmədən oxunacaq. Türk Dünyası Konsertləri silsiləsi çərçivəsində tədbirlərimiz olacaq. Bakı konserti Beynəlxalq Muğam Mərkəzində keçiriləcək, möhtəşəm bir proqram hazırlamışıq. İkinci konsertimiz isə noyabrın 19-da Ankarada baş tutacaq və TRT Avaz kanalı vasitəsilə hər kəs canlı izləyə biləcək".

AYB sədri Anar qonaqlarla tanışlığından, onların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Xalq yazıçısı iki ölkə arasında ədəbi və mədəni əlaqələrin inkişafı üçün belə layihələrin vacibliyini vurğulayıb.

Tarix
2015.10.16 / 17:39
Müəllif
Nigar An
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla