Yuxarı

“Adları hallananda başları gicəllənir…”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Adları hallananda başları gicəllənir…”

Gənc Ədiblər Məktəbinin yetirməsi olduğumu demişəm, yenə deyirəm.

Bu sözləri gənc yazıçı Cavid Zeynallı Gənc Ədiblər Məktəbinin ədəbiyyatçıların həyatına, yaradıcılığına təsiri ilə bağlı danışarkən deyib:

"Siyahıda olan bir neçə imzanı tanıyıram. Məsələn, Emin Pirini, Ramil Əhmədi, Könül Həsənqulunu nəinki tanıyıram, ciddi imza kimi qəbul edirəm. Yerdə qalan imzalardan tanıdığım da var, tanımadığım da. Məsələn, Elmin Nurini, Cavid Qədiri, Firəngiz Ağalarovanı jurnalist kimi tanıyıram və qəbul edirəm. Daha doğrusu, bədii mətnlərini oxumamışam deyə, onlar haqqında ədəbi imza kimi danışa bilmərəm. Digər imzalardan da adlarını eşitdiklərim var.

Ən maraqlı görünən Nicat Zal Qaraxanlının imzası oldu. Birinci dəfədir adını eşidirəm, amma "Zal" nişan verdi ki, Elxan Zal Qaraxanlının oğludur.

O ki qaldı Gənc Ədiblər Məktəbinin diplomunun mənə nə verməsinə, diplom insana heç nə vermir. Təbii, o diplomla işə düzəlmək mümkün deyil ki, üstünlüyünü hiss edim. Amma ədiblər məktəbi mənə diplom verməsəydi belə, yenə oranı oxuyardım. Çünki zövqümün və yazı vərdişimin formalaşmağında məktəbin rolu böyük olub. Gənc Ədiblər Məktəbinin yetirməsi olduğumu demişəm, yenə deyirəm".

Şair Aqşin Yenisey GƏM-in məzunlarına verdiyi diplomun gərəksiz olduğunu düşünür:

"Onların heç birini tanımıram, həm də dünyada şair və yazıçıların şeir, hekayə ilə deyil, diplomla tanınması təcrübəsi də yoxdu axı. Bu, artıq ədəbiyyata istehsal sahəsi kimi yanaşmaqdır".

Elvin Bakiroğlunun sözlərinə görə, GƏM onun yaradıcılığında heç bir rol oynamayıb:

"Bəzilərini tanıyıram və bir az oxumuşam, ancaq heç birinin maraqlı bir cümləsinə, misrasına rast gəlməmişəm. Heç bir diplom, sənəd, mükafat heç bir yazarın fəaliyyətinə təsir göstərə bilməz, göstərməməlidir. Bunlar formal xarakter daşıyır. Əlbəttə ədəbi məktəblər, ədəbi məclislər yaradıcı insana stimul verə bilər, təcrübə qazandıra bilər, ancaq ona istedad bəxş edə bilməz. Gənc Ədiblər Məktəbində yeganə məqsəd gəncləri istiqamətləndirməkdi, onların tər-təmiz dünyasıni müqəddəs AYB ab-havasına alışdırmaqdı.

O gəncləri isə qınamıram, uşaq şirniyə aldanan kimi aldanırlar, adları hallananda başları gicəllənir. Ona görə də Gənc Ədiblər Məktəbini ədəbi yox, siyasi məktəb hesab edirəm. Bu məktəbin mənə xeyri o olub ki, dostlarla görüşüb çay içmişik".

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyində II Gənc Ədiblər Məktəbinin məzunlarına diplomlar təqdim edilib.

Tarix
2015.10.25 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla