Yuxarı

Nazirə tərif yazan şairə töhmət verildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirə tərif yazan şairə töhmət verildi

Şair Vaqif Bəhmənliyə töhmət verilib.

Axar.az xəbər verir ki, "525-ci qəzet"in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirləri dərc edilib. Həmin şeirlərdən biri – "Hamıya yaxşılıq" adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib.

Nazirlikdən verilən məlumata görə, bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində şeiri nazirə göstərib. Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb. Lakin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir dərc edilmiş və yuxarıda qeyd etdiyimiz kimi müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.

Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib. Ümumilikdə son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada – yaradıcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilir.

Bu hadisə Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən bu yaradıcılıq nümunəsinin çap etdirməsi pislənib və bir daha təkrarlanmaması tapşırılıb. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub.

Tarix
2015.10.28 / 16:58
Müəllif
Nigar An
Digər xəbərlər

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla