Yuxarı

Cəfər Cabbarlı intihar edib?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəfər Cabbarlı intihar edib?

Oktyabrın 28-də Mədəniyyət TV-də yayımlanan "Duyğu yarpaqları" verilişində görkəmli dramaturq Cəfər Cabbarlı haqqında sənədli film təqdim edilib.

Axar.az xəbər verir ki, verilişdə Cəfər Cabbarlının ölümü ilə bağlı ziddiyyət təşkil edən fikirlər səsləndirilib:

"Gecə saat 4-də Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım qəflətən yuxudan ayılır, işığı yandıranda Cəfərin gülümsər çöhrəsini və yanaqlarında donub qalmış iki damla göz yaşını görür.

Səhər saat 10-da böyük sənətkar Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə birlikdə Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov və Xalq Komissarları şurasının sədri Hüseyn Rəhimovla görüşməli idi. Mircəfər Bağırovun tapşırığı ilə "Pravda" qəzeti üçün yazdığı, sonralar "Firuzə" adı ilə məşhurlaşan "Bakı" novellasını respublika rəhbəri üçün oxumalı idi.

Cəfər Cabbarlının cəsədi "Semaşko" adına xəstəxanaya aparılır. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilir. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi isbat edilir. Lakin istedadlı sənətkarın qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilmir. Hətta Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində sənətkarın təzyiqlərə dözməyərək intihar etdiyini qeyd edir.

Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham ölməz sənətkarı son mənzilə, Fəxri Xiyabana yola salır".

Xatırladaq ki, Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də, 35 yaşında vəfat edib.

Tarix
2015.10.29 / 13:33
Müəllif
Nigar An
Digər xəbərlər

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla