Yuxarı

“Bu, Rusiya-Azərbaycan əlaqələrinə...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Rusiya-Azərbaycan əlaqələrinə...”

Moskvada Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" jurnalının Rusiya xüsusi sayının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar xalqları bir-birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayıb. Xalq yazıçısı jurnalın Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına töhfə verdiyini bildirib.

Jurnalın nəşrini bilavasitə həyata keçirən Mərkəzin rəhbəri şair Səlim Babullaoğlu qurumun fəaliyyəti, sözügedən dərginin məzmunu barədə məlumat verib.

Xalq şairi Fikrət Qoca, şairə Afaq Şıxlı və başqaları Azərbaycan-Rusiya ədəbi əlaqələrindən danışıb. Qeyd olunub ki, "Dünya ədəbiyyatı" jurnalının bu sayı rus ədəbiyyatının 1950-ci illərdən bu günədək olan mühüm bir dövrünü əhatə edir.

Jurnalda yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin, o cümlədən, Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digərlərinin seçmə əsərləri toplanıb.

Tarix
2015.10.29 / 18:48
Müəllif
Nigar An
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla