Yuxarı

“Gülüstan” romanı çap olundu – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gülüstan” romanı çap olundu – Foto

Yazar Şərif Ağayarın "Gülüstan" adlı romanı çap olunub.

Axar.az xəbər verir ki, "Gülüstan" romanı Sədi Şirazi və Bəxtiyar Vahabzadənin eyni adlı əsərləri ilə intertekstualdır. Eyni zamanda, əsərdə Kafkanın, Stendalın, Buninin, Mirzə Cəlilin əsərlərinə, ilahi və mifik mətnlərə göndərmələr vardır.

"Qanun" nəşriyyatında işıq üzü görən romanda əhvalatlar xəyali Gülüstan qəsəbəsində baş verir. Əsərin qəhrəmanı Adil Əminov (Adəm) tarix müəllimidir, təyinatla Gülüstan qəsəbəsinə işə gəlir. Onun bu qəsəbədə çoxlu qaçqın tanışları, həmkəndliləri yaşayır. Onlara qəsəbədə yeni evlər verilib. Hacı Süleymanın tozlu düzəngahlarından toplanıb bura gətirilən insanlara xoşbəxtlik və parlaq gələcək vəd olunur. Bu vədlər nə qədər realdır? Romanda bu suala cavab axtarılır və yeni qəsəbə Adəmin yaddaşında dərdin-dərin xatirələr oyadır.

Onun vaxtilə sevdiyi Həyat da, yaxın dostu Ehtiram da Gülüstan qəsəbəsindədirlər. Gülüstan onların da taleyinə təsirsiz ötüşməyib. İndi isə Adəm özü bu qəribə məkanın cazibəsinə düşür.

Qeyd edək ki, kitabı şəhərimizin kitab mağazalarından və "Qanun" nəşriyyatından əldə etmək olar.

Tarix
2015.11.16 / 11:39
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla