Yuxarı

Leyla Əliyeva: “Səni anlamıram mən”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva: “Səni anlamıram mən”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni şeirini təqdim edib.

Axar.az xəbər verir ki, Leyla Əliyevanın İnstaqram səhifəsində paylaşdığı yeni şeiri "Səni anlamıram mən" adlanır.

İzləyicilər tərəfindən maraq doğuran şeiri təqdim edirik:

Vaxt görən hara uçdu?

Amma yaman tez uçdu.

Qar yağdı, boran gəldi.

Qapıda yenə qışdır.

Ruhum sıxıldı yaman,

Qəlbimə çökdü duman.

Yayda güc alan ruhum,

Qışa düşdü... üşüdü...

Bağdakı qönçələr də,

Büzüşdülər – açmırlar.

Xəzərin qumsalları,

Bərq vurub sayrışmırlar.

O kəslər ki tənhadır,

Elə tək də qalacaq

Şaxta sinələrini

Qəm-qüssə ilə yaxacaq.

Qəlbim, niyə donmusan?

Axı ürəyi saran

buzu necə isidim?

Söylə, necə əridim?

Deyəsən, sən özün də

Heç bunu istəmirsən.

Buza dönmüş ruhuna,

Qışı doğma bilirsən.

Ax, bu zaman görəsən

Hara belə tez uçdu?

Haray çəkim bir "Dayan"!

Əqrəb atını vurdu...

Yol zülmətə büründü.

Günəşdən nur istədim, batdı ...

pərtliyim güldü...

Əlim çatsaydı günə,

Gizlədərdim ovcumda

Heç vaxt şər qarışmazdı

Həmişə gözlərimdə

Göz yaşı qüssə görən

Gecə qonaq gəlməzdi.

Gəl, sən məni bağışla,

Ürəyim, bircəciyim.

Bir də sənin xətrinə

dəymərəm, söz verirəm!

Lap dünya dağılsa da,

Səndən uzaq düşmərəm.

Fəqət, bilməm nə edim,

Nə qədər çalışsam da

Səni anlamıram mən.

Səni anlamıram mən.

Tarix
2015.12.16 / 14:47
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla