Yuxarı

Elza Seyidcahan dollara şeir yazdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elza Seyidcahan dollara şeir yazdı

Bəstəkar-müğənni Elza Seyidcahan dolların məzənnəsinin yüksələrək 1,55 AZN olması ilə bağlı "Dollar" şeirini yazıb

Axar.az xəbər verir ki, əməkdar artisitin özünün dediyinə görə, şeir rep üslubundadır və yaxın günlərdə musiqisi də hazırlanır.

Şeiri olduğu kimi təqdim edirik:

"Dollar, dollar
Səni yormur yollar?
Bizi yordu borclar.
Niyə etdi Corclar?
Ora çatmaz qollar
Qapıda durur dollar.
Belə getsə nə olar?
Nə olar bizə olar
Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun?
Dola.
Dola.
Bizi dola,
onu dola,
bunu dola.

Çıxmısan uzun bir yola
Daha bəsdir
Zil notlara çıxma sən
Qulağımızı kəsmə sən.
Ömrümüzü üzmə sən
Neçə vaxtdır dostumuzsan
Sevirik səni bilmirsən?
İşığından havalanmışıq,
Dərdindən paralanmışıq
Ləzzətindən suslanmışıq.

Sən qızsan ya oğlansan?
Qocasan ya sən cavansan?
Sən bizi bəs nə sanansan?
Bu odlara bizi salan sən

Bəlkəm sən xəstələnmisən?
Ulduz xəstəliyindəsən?
Elvis Presleydan da sən
Maykl Ceksondan da sən
Uitni Hyustondan da sən
Elza Seyidcahandan da sən
Betər xəstələnmisən yetər!

Sevginin gözü kor olur.
Sən nə deyirsən o olur
Borclar dolur, dolur, dolur
Yollar yorur, yorur, yorur.
Qollar solur, solur, solur
Dollar dolur, dolur, dolur,
Dollar yolur, yolur, yolur,
Dollar dolur, dolur, dolur..."

Tarix
2015.12.23 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla