Yuxarı

Almaniya 70 ildən sonra Hitlerə qayıdır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya 70 ildən sonra Hitlerə qayıdır

Almaniyada Adolf Hitlerin məşhur "Mənim mübarizəm" (Mein Kampf) kitabı 70 illik fasilədən sonra ilk dəfə gələn həftə satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, Hitlerin nasist ideologiyasının əsasında dayanan bu kitabın satışı müəllif hüquqlarının məxsus olduğu Bavariya əyaləti tərəfindən qadağan edilmişdi. Müəllif hüquqlarının müddəti başa çatdıqdan sonra Münhendəki Tarix İnstitu kitabı gələn həftə yenidən satışa çıxaracağını açıqlayıb.

Yeni nəşrdə minlərlə akademik haşiyə kitabın nə qədər əsassız olduğunu və pis yazıldığını göstərməyi hədəfləyib. Tarixçilər "Mənim mübarizəm" kitabının nasist dövründəki yəhudi soyqırımının necə baş verdiyini anlamasına yardım edəcəyini deyirlər.

Yəhudi təşkilatları da kitabın bu versiyasının nəşr olunmasını məmnuniyyətlə qarşılayır.

Xatırladaq ki, Hitler "Mənim mübarizəm" kitabının birinci hissəsini həbsdə olarkən yazıb. Daha sonra bu kitab millətçi-sosialistlərin əsas ideyasının qaynağına çevrilib.

Kitab ilk dəfə 1925-ci ildə, Hitlerin hakimiyyətə gəlməsindən 8 il əvvəl nəşr olunub. Nasist Almaniyası 1945-ci ildə məğlub olandan sonra müttəfiq qüvvələr kitabın müəllif hüquqlarını Bavariya hökumətinə verib. Bavariya hökuməti isə kitabın yenidən nəşrini qadağan edib.

Qeyd edək ki, Almaniya qanunlarına əsasən, müəllif hüquqlarının müddəti 70 ildir. Bu zaman bitdikdən sonra naşirlər kitabı nəşr edə bilər.

Tarix
2016.01.01 / 19:34
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla