Yuxarı

Vaqifin Ramizə unikal zarafatı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqifin Ramizə unikal zarafatı

Vaqif müəllim istənilən vəziyyətdə zarafat etməyi bacarırdı.

Axar.az xəbər verir ki, bu sözləri şair Səlim Babullaoğlu Səməd Vurğunun ev muzeyində keçirilən Vaqif Səmədoğlu gecəsində danışarkən deyib. O, Vaqif Səmədoğlunun unikal şəxsiyyət olduğunu bildirib:

"Vaqif şairlik istedadı ilə yanaşı, güclü yumor hissinə də malik idi. Bir dəfə yolda gedərkən Ramiz Rövşən zarafatyana Vaqif müəllimə sataşmaq üçün dedi ki, Vaqif, buna bax, restoranın adı "Ay işığı"dır. Vaqif də gülümsəyib dedi ki, nə deyirsən, restoranın adını "İlan balası" qoysunlar? Bax belə, Vaqif müəllim güclü yumoru ilə həmişə bizi güldürürdü. Onun siyasi xadim kimi də Azərbaycan tarixində mühüm yeri var".

Səməd Vurğun ev muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova da xalq şairinin gənclərə çox bağlı olduğunu xatırladıb:

"Vaqif həmişə gənclərin əhatəsində idi. Elə bu səbəbdən düşündüm ki, Vaqifin xatirəsini yad etmək üçün qələm adamlarını buraya dəvət edib, poeziya gecəsi keçirmək maraqlı olar. Vaqif gəncliyi çox sevirdi, gəncliyə həmişə arxa dururdu, onları dəstəkləyirdi. Məhz bu səbəbdən Vaqifin xatirə gününü gənclər günündə qeyd etdik".

Tədbirin aparıcısı Pərvin Nurəliyeva da Vaqif Səmədoğlu fenomeni haqda danışıb. Daha sonra ədəbiyyat adamları şairlə bağlı xatirələrini bölüşüb, həm Vaqif Səmədoğlunun, həm də öz şeirlərini səsləndiriblər.

Sonda söz alan Nüşabə xanım Vəkilova bundan sonra gənclərin kitab təqdimatını Səməd Vurğunun ev muzeyində keçirməyi öz öhdəsinə götürdüyünü bildirib.

Tarix
2016.02.04 / 08:00
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla