Yuxarı

Ekonun Azərbaycanla sirli bağlığı - Sorğu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekonun Azərbaycanla sirli bağlığı - Sorğu

Dünya şöhrətli italyan yazıçı Umberto Eko dünən axşam saatlarında vəfat edib.

"Umberto Eko kim idi?"

Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

Cavanşir Yusifli: "Qızılgülün adı".

Həmid Herisçi: "Mən Ekoya "Allah rəhmət eləsin" deyirəm, amma bilirəm ki, o vəfat etməyib. Onun ruhu sağdır. Eko ilə Azərbaycanı bağlayan çox şey var idi. Onun məşhur "Qızılgülün adı" romanında hadisələr İtaliyanın Apulya şəhərindəki Kastel Del Montda cərəyan edir və o Kastel Del Mont səkkizbucaq adlanır. Bildiyiniz kimi, Azərbaycanın da rəqəmi səkkizdir".

Aqşin Yenisey: "Kamü hesab edirdi ki, hər bir filosof roman yazmalıdır. Daha sonra bu fikir filosoflardan alimlərə keçdi. Eko bizə tarixi biliklərin bədiiləşdirilmiş formasını miras qoyub getdi. Onun ölümü ədəbiyyatçılardan daha çox, tədqiqatçıların itkisidir. O özündən heç nə kəşf etmədi ədəbiyyatda, amma özünə qədərki bütün kəşflərə çox gözəl sahib çıxa bildi".

Qan Turalı: "Ekonun ölümünə çox üzüldüm. XXI əsrə hələ təzə başlasa da, o, bu əsrin yazıçısı idi. Eko Nobel mükafatını almasa da, bir alim, bir yazıçı kimi çoxdan Nobelə layiq idi".

Tarix
2016.02.21 / 10:12
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla