Yuxarı

Bu hekayələrdən biri sənindir

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu hekayələrdən biri sənindir

Bir müddət əvvəl dünya mediasında böyük maraq doğuran ən qısa hekayələri yayımlayaraq, oxucularımıza bu formada olan mətnlərini bizimlə bölüşməyi təklif etmişdik.

Axar.az saytının şərh bölümünə və elektron poçtuna göndərilən hekayələr arasından ən maraqlılarını seçərək təqdim edirik:

1. Nicat Həsənəliyev: "O, həyatında heç vaxt köçkün düşdüyü gün qədər xoşbəxt olmamışdı. İlk dəfə idi ki, helikopterə minirdi".

2. Nəcibə Səlimova: "O, övladı tərəfindən qocalar evinə atılmağını qəbul edə bilmirdi. Axşam düşmüşdü və ay işığının kövrək nəzərləri ağacdan asılmış bir qaraltının üzərindəydi".

3. Nicat Həşimzadə: "Çörək oğrusunun başı gilyotində kəsildi və ac xalq "urra" deyərək sevinclə qışqırdı".

4. Elşad Barat: "Həmin axşam da iki yaşlı qız atasının ciblərini gəzirdi ki, şokolad götürsün. Ona heç kim deyə bilmirdi ki, kəfənin cibi olmur".

5. Səfərov Kənan: "Dünya su altında idi. Bircə yəhudi kişi ilə yapon qadın Everest zirvəsində sağ qalmışdılar..."

6. Elnur Vahidzadə: "Bərk külək əsirdi. Ancaq o güllələr Xocalı kəndindən çox uzağa getmədi".

7. Bahadur Qobustan: "Biri olur, biri olmur. Bir kişi olur, olan kimi də ölür... Göydən bir daş düşür: məzar daşı".

8. Nəcibə Səlimova: "Dənizdəki yanğında ölümlə üzbəüz idi. Tələsik telefonuna əl atdı və "Arzu, salamat qal, uşaqlar sənə əmanət, əlvida", - söyləyə bildi. Bir azdan yerə düşmüş telefonda qırıq səslə qadın fəryadı eşidilirdi".

9. Rəşid Bərgüşadlı: "Adəm İblisi yoldan çıxarıb, Həvvanı bir kal almaya satdı. Həmin Şərdir - Yerlə bir olub..."

10. Könül Nemətova: "Əlində maşın güzgüsü, piyada zolağının önündə maşınların cərgəsində durub mənə yol verdi. Bilmirəm kimdir, amma anladım ki, maşın sürmək həvəsi onu dəli edib".

Tarix
2016.02.23 / 01:12
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla