Yuxarı

Səddamın son yazısı: “Faciə olacaq”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səddamın son yazısı: “Faciə olacaq”

Axar.az-ın "Qılınc və Qələm" layihəsində dünya siyasi liderlərinin yazdığı bədii mətnlər yayımlanır. İraq dövlət və siyasi xadimi Səddam Hüseynin ölümündən əvvəl yazdığı şeiri təqdim edirik:

Ruhunuzu azad buraxın,

Ruh əkizim, ruhumun sevdiyi.

Sizin könlünüz mənə yuva oldu

Kaş ki, mən o yuva olaydım, siz də su.

Xəfif külək kimi ruhumu dağıdırsınız

Çiçəklərə qol-budaq olur

bizim Baas partiyamız

Beləcə bəyaz bir gül sizi sağaldır.

Düşmənlər günahkar olduğu halda

planlar hazırlayıb, tələ qurur

O plan ki, mənasız və bomboşdur

Bir gün heç nəyin yeyilmədiyi üzə çıxacaq

Pasın su borularını gəmirdiyi,

Günahların günahkarı bitirdiyi kimi...

Biz əsla zəif olmadıq

Daim dik durduq saf əxlaqımızla

Məğrur duruşumuz yoldaş oldu ruhumuza

Yadlar düşmən gətirib dənizimizə

Onlara qul olanların sonu faciə ilə bitəcək

Budur, qucağımızı qurdlara açırıq

Canavarlara qorxmadan meydan oxuyuruq

Səni çətin vəziyyətdə qoymadıq, xalqım,

Bütün fəlakətlərə rəğmən,

lider yenə mənim partiyam.

Ruhumu ölkəm üçün fəda edirəm

Bilin, qan çox ucuzdur çətin günlərdə

Biz hücumda nə diz çökər,

nə də baş əyərik.

Tarix
2016.03.15 / 18:43
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla