Yuxarı

Ramiz Rövşən: “Həmin vaxt bu çox çətin idi”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Rövşən: “Həmin vaxt bu çox çətin idi”

60-70-ci illərdə ədəbiyyat intibah dövrünü yaşayırdı. Həmin vaxt bu ədəbi silsiləyə qoşulmaq çox çətin məsələ idi.

Axar.az xəbər verir ki, bu sözləri şair Ramiz Rövşən tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin 75 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. O, Ələkbər Salahzadənin öz fərdi üslubunu yaratmış şair olduğunu bildirib:

"İsa İsmayılzadə ilə Ələkbər müəllim poeziyaya birlikdə gəliblər. Ancaq bir-birindən fərqlənirdilər. Ələkbər Salahzadənin hissləri şeirdə daha alt qatları ilə ifadə olunurdu. İsa İsmayılzadənin hissiyyatı isə nisbətən üzdə idi. Ələkbər müəllimin şeirlərində böyük ustalıq, sənət işi var idi. Onun şeirlərinin alt qatında riyazi təfəkkür güclü idi. Ə.Salahzadə Avropa şeir təcrübəsini tam götürmüş, ancaq hissiyyatı bütünlükdə bizə aid şairdir. Onun kimi söz memarları Azərbaycan poeziyasında olduqca azdır".

AYB sədri, xalq yazıçısı Anar da çıxışında şairlə bağlı xatirələrini bölüşüb:

"O zamanlar belə bir fikir var idi ki, Rəsul Rza ətrafında öz ədəbi məktəbini toplayır. Ancaq sonradan onun dəstək olduğu şairlərin, o cümlədən, İsa İsmayılzadə və Ələkbər Salahzadənin də istedadlı olduqları üzə çıxdı. Ə.Salahzadə saf və təmiz bir insan idi. Ədəbiyyatdan başqa heç bir marağı olmayan, şöhrətpərəstlik arxasınca düşməyən, özünü sözə, şeirə bağlamış qiymətli, dəyərli şairlərdən biri idi".

Qeyd edək ki, Ələkbər Salahzadə 1941-ci il martın 15-də anadan olub. O, 2013-cü ildə uzun sürən xəstəlikdən vəfat edib. Şairin ən maraqlı şeirlərindən birini təqdim edirik:

Bir də gördün beşikdi adam,

Bir də gördün bəbədi,

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Bir də gördün oddu adam

Bir də gördün ot oldu.

Bir də gördün adamdı adam

Bir də gördün ad oldu.

Tarix
2016.03.16 / 17:28
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Trampdan Azərbaycan açıqlaması: Putin buna inana bilmirdi...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla