Yuxarı

Ramil Səfərov “Agent”dən yazdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Səfərov “Agent”dən yazdı

Elnur Eltürk qardaşımın Novruz bayramı münasibətilə hədiyyə etdiyi, gənc yazıçı Əlvənd Mehman tərəfindən yazılmış "Avropalı Agent kod 152" əsərini həvəslə oxudum. Ənənəvi detektiv romanlarından fərqli olaraq, əsərdə ölkəmizin coğrafi və tarixi zənginlikləri, düşmənlərimizin məkrli planları, xalqımızın gözəl adət ənənələri məharətlə təsvir olunub ki, bu da əsəri daha oxunaqlı edir.

Axar.az xəbər verir ki, bu sözləri Ramil Səfərov yazıb. Sevilən hərbçimiz əsəri yüksək qiymətləndirib:

"Zənnimcə, hər hansı bir əsəri sadəcə vaxt keçirmək üçün deyil, maariflənmək və dünyagörüşünü artırmaq üçün mütaliə etmək lazımdır. Bu nöqteyi-nəzərdən əsər uğurlu alınıb. Son illərdə gənc qələm sahiblərinin əsərlərinin artması tendensiyası müşahidə olunur ki, bu da çox sevindirici haldır. Əlvənd Mehmana yaradıcılığında uğurlar arzulayır və yeni əsərlərini səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, Əlvənd Mehmanın "Avropalı agent kod 152" romanı yenicə çapdan çıxıb. Əsərdə avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və ifşa olunmasından bəhs olunur.

Tarix
2016.04.01 / 13:12
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla