Yuxarı

“Səməd Vurğunla dalaşdıq və...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səməd Vurğunla dalaşdıq və...”

Mənim məktublarım sənə ruhumun ehtiyacı olaraq yazılacaqdır. Ona görə də ara-sıra sənə verdiyim sözü pozmuş olsam, incimə, vəfasızlıq zənn etmə...

Axar.az xəbər verir ki, bu sözlər xalq yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma yazdığı məktubdandır. Mirzə İbrahimov məktublarında xalq şairi Səməd Vurğunla münasibətlərindən də bəhs edib:

"Mənim Saram, pak və təmiz Saram!

"Ürək bir xəzinədir, o elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O ancaq havayı verilir, bağışlanır. (Flober)".

...Bu gün bütün günüm ağır düşüncələrlə dolu olmuşdur. Əvvəla, sizin Kislovodskidə pis qarşılandığınızı eşitdikdə çox pis oldum. İnsanların yağlı dilləri adamın zəhləsini tökür. Bir az bundan qabaq Əvəz bütün vəziyyəti mənə nəql etdi. Hətta Səməd Vurğun - mənim səmimiyyət və dostluğuna bu qədər inandığım Səməd Vurğun böylə sizi qarşılamağa da gəlməmişdir. Həyatım boyu mənimlə böylə şeylərin (və bundan daha dəhşətli şeylərin) şahidi olduğum halda, yenə də uşaqcasına həqiqi ideal dostluğa inandığım üçün mən axmaq deyiləmmi? Qoy belə olsun. Saf qəlb və yaxşı xəyal bizi çox şeylərdən müdafiə edir".

Mirzə İbrahimov başqa bir məktubunda xalq şairi Səməd Vurğunu yüksək qiymətləndirir:

"Qəlbim, ruhum, gözəl Saram!

Bu gün işdən gələrək yatmışdım. Sənin təkliflərini gətirdilər. Mənim səhhətimi soruşursan. Qeydimə qalmağın məni çox şad etdi. Lakin yenə də mən özümü söyməyə başladım. Mən kiçik bir başağrısını böylə sənə yazmaqla gör səni nə qədər narahat etmişəm. Görürsən ki, mən nə qədər düşünülməmiş hərəkət edirəm. Teleqram vuracağam və bu məktubu yola salacağam.

...İndi isə gedirəm. Yaxın günlərdə Kislovodskiyə gələcəyəm. Camalın başı sessiyaya qarışıb. Tezliklə həll olunar.

Səmədlə bir az dalaşdıq və yenə barışdıq. Axı, o, qeyri-adi və böyük bir talantdır. Hərgah bizdə yaxşı qabiliyyət varsa, o, doğrudan da talantdır. O, təpədən-dırnağa hissdir, duyğudur. Buna görə də həqiqi sənətkardır. Bunun üçün mən onu sevir və üz-üzə gəldikdə hər hanki bir acığı ona bağışlayıram.

Uşaqlara, anaya, Nigara (Nigar Rəfibəyli - red.) salam, Saracan. Səni mənim ehtiramımla öpürəm... Sənin Mirzən".

Qeyd edək ki, xalq yazıçısı Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində və 17 dekabr 1993-cü ildə Bakıda vəfat edib.

Tarix
2016.04.16 / 08:45
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla