Yuxarı

Bakıda tatar ərmağanı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tatar ərmağanı - Foto

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb.

Axar.az xəbər verir ki, DGTYB-nin nəşrə hazırladığı, "Yeni tatar şeiri antologiyası" kitabı tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın (Ğabdulla Tuqay; 1886-1913) 130 illik yubileyinə ad edilib.

Nəşrin məsləhətçiləri millət vəkili prof.dr. Nizami Cəfərov, Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rafis Qurban, Tatarısıtanda yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyevdir.

Yeni antologiyanın tərtibçisi (ümumi redaktə işinə və nəşrə məsul) şair-publisist Əkbər Qoşalı, koordinatoru Tatarıstan Yazıçılar Birliyinin başqan müavini Rəmis Aymet, redaktorları DGTYB Məsləhət Şurasının üzvləridir. Həyat Şəmi və filoloq Sərdar Şirvan, dizayneri Teymur Fərzidir.

Kitabda Tatarıstanın 23 istedadlı gənc şairinin (Rifat Salah, Fənil Gilaji, Bulat İbrahim, Şan (Alsu Nurqatina), Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Elnar Baynazar, Elvira Hadiyeva, Fidail (Fidail Mәjit), Gülnaz Əziz, Gülnaz Vəli, Gülnur Qurban, İlmira Kamayeva, Lenar Şeyx, Leniza Vəli, Leysan Fəthətdin, Liliya Qıybadullina, Luiza Yansuar, Rezeda Qobəyeva, Rüzəl Əhmədiyev, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina) şeirləri toplanıb.

Şeirlər azərbaycancaya Afaq Şıxlı, Akəm Xaqan (Məmmədzadə), Elxan Yurdoğlu (Məmmədli), Elşad Barat, Əkbər Qoşalı, Faiq Balabəyli, Fərqanə Mehdi, Günel Gün (Lətif), dr. Həyat Şəmi, İntiqam Yaşar, dr. Könül Aydın (Nəhmətova), Lamiyə İsazadə, Nigar Rəhim, Rəsmiyyə Sabir, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfəq Sahibli, dos.dr.Təranə Turan (Rəhimli), Turan Teymur və Ülkər Piri (Dəniz) tərəfindən çevirilib.

(Antologiya pdf formatında bu ünvanda yerləşdirilib http://kitabxana.net/?oper=readBook&id=2427)

Tarix
2016.04.23 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla