Yuxarı

Anarın qızı “Seçilənlər”i gün üzünə çıxarır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anarın qızı “Seçilənlər”i gün üzünə çıxarır

Günel Anarqızının "Seçilənlər" kitabının təqdimat mərasimi olacaq.

Axar.az xəbər verir ki, mayın 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi gecə keçiriləcək.

Kitaba müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir.

"Seçilənlər" kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıqzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunan esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bünyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, gözəl pianoçu Elmira Səfərovaya və adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla başqa böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb.

Qeyd edək ki, gecənin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşovdur.

Tarix
2016.05.18 / 15:07
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla