Yuxarı

Rüstəmxanlı xanımına yazdığı şeiri oxuyur - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı xanımına yazdığı şeiri oxuyur - Video

Xalq şairi Sabir Rüstəmxanlı həyat yoldaşı Tənzilə Rüstəmxanlıya həsr etdiyi şeiri Teleqraf.com-un "Brifinq" layihəsində səsləndirib.

Seçim çətin olduğundan hədiyyə almağı xoşlamadığını deyən Sabir Rüstəmxanlı xanımının doğum günündə yazdığı "Eşq yaşındasan, yaşını demə" şeirinin tarixçəsindən də danışıb: "Bəlkə diqqətsizəm, yaxud 15 dəqiqə fikirləşirəm, bir hədiyyə tapa bilmirəm. Ümumiyyətlə düşünürəm ki, hədiyyələr adamları uzaqlaşdırır, elələri var, dost evinə hədiyyəsiz olduğuna görə getmir. Nə olsun, hədiyyən olmasa da get.

Tənzilə xanıma həsr elədiyim şeirlərim çoxdur. Amma ad günündə hədiyyə almamışdım oturub şeir yazdım.

Ad günün mübarək, sevincim, dərdim,
Mən sənə ən gözəl duyğumu verdim.
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə...

Qadınlar həmişə istək, çiçək, mələk, kövrək yaşındadır. Şeiri yazıb çox asanlıqla vəziyyətdən çıxdım. Bəzən iş yerinə gedirəm kabinetində olmayanda təqviminə şeirlər yazıb gəlmişəm".

Sabir Rüstəmxanlının sözlərinə görə, şeirlər konkret adamlara yazılsa da, şairlər bunu etiraf eləmir: "Şeirlərin arxasında dayanan dünyanın mənzərəsini cızsan, qeyri-adi bir şey alınar. Əslində hər şeirin bir ömrü var. Şeirləri qarşımıza qoyub şeirin necə yazıldığını, sonra nələr olduğunu yazsaq möhtəşəm bir kitab olar.

Mənim şeirlərimin arxasında dünya gözəllərinin qalereyası var. Amma onu deyə bilmərəm, yeri düşəndə deyirəm, ancaq birinə yazmışam (gülür). Qalereya mənim subay vaxtımda yaranmışdı".

Qeyd edək ki, sözügedən şeirə həsr edilən mahnını tanınmış ifaçı Əhməd Şəfəq səsləndirib.

Tarix
2016.05.18 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla