Erməni saxtakarlığı, plagiatçılığı artıq bütün dünyada
qəbul olunmuş reallıqdır. Ermənilərin tarixi geniş miqyasda
saxtalaşdırması, başqa xalqların torpaqlarına göz dikməsi, mədəni
irsinə təcavüz etməsi, onları erməniləşdirməsi, məhv etməsi
danılmaz faktdır.
Bədnam qonşular adət-ənənələrimizi, tarixi abidlərimizi,
musiqimizi, mətbəximizi və digər nümunələrimizi dəyişdirərək öz
adlarına çıxmağa çalışırlar. Bu məqsədlə ermənilərin hər yola,
hətta cinayətə də əl atdıqlarını ən azından onlarla əlaqədə olmuş
əksər xalqlar bilirlər.
Əlvənd Mehman gerçək faktlara söykənən "Avropalı Agent kod 152"
kitabında avropalı erməni agentinin iranlı adıyla Azərbaycanda
gizli fəaliyyətindən və nəticədə onun məharətlə tələyə
salınmasından bəhs edir. Eyni zamanda, kitabda Azərbaycanın
dövlətçilik tarixində ilk dəfə olaraq polislə kriminal aləmin birgə
əməliyyatı da öz əksini tapıb. Kitabda məşhur avtoritet
"Yaponçik"in Azərbaycan dili bilməsi də yer alıb.
Həmçinin, itmiş Arran dövləti bu tarixin itirilməsində Vatikan
və digər Avropa dövlətinin maraqları, Nizami Gəncəvinin Atabəy
Qızıl Arslanla Həmdünyan kəndində görüşünün sirləri çözülüb.
Maraqlı faktlarla oxucunu öz qoynuna alan əsər birnəfəsə oxuyub
bitirəcək dərəcədə möhtəşəmliyi ilə seçilir. Düzdür, bəzi sintaktik
səhvlərə rast gəlmək mümkündür, amma, əsərdə Azərbaycan tarixi
haqqında o qədər bilmədiyimiz faktlar var ki, növbəti səhifəyə
keçmək üçün oxucu səbrsizlənir.
"Avropalı Agent kod 152" romanında Azərbaycan xalqının qədim və
zəngin tarixi aspektləri müasir dövrün yaşantısıyla sintez halında
oxuculara təqdim edilir. Əsər ermənilərin böyük dövlətlərin
Azərbaycan ətrafındakı məkrli oyunlarından maksimum dərəcədə
yararlanmağa çalışdığını gözlər önünə sərir. Ən maraqlı nüanslardan
biri Rusiyanın İranla Türkiyənin arasını vurmaqda erməni səfirindən
"istifadəsi"ni, türklərə qarşı erməni-rus işbirliyini faktlarla
ifşa etməkdədir. Həmçinin, Arran mədəniyyət abidələrinin və bir çox
buna bənzər tarixi məlumatların tarixin müxtəlif mərhələlərində
sistematik olaraq ermənilər tərəfindən məhv edilməsi olaylara
şahidlik etmiş yaşlı sakinlərin xatirələri ilə yeni nəslə maraqlı
dialoqlarla çatdırılıb.
Romanda xalqımızın sayıqlığı, hər zaman dövləti dəstəkləməsi
oxucuda qürur hissi yaradır. Azərbaycan xalqının hər fərdinin öz
tarixinə, vətəninə, dövlətinə necə sahib çıxdığına şahid
oluruq.
Bu əsəri son illərdə yazılmış ən uğurlu tarixi-detektiv
romanlardan biri hesab etmək olar. Ona görə ki, əsərdə xalqımızın
sadə yaşantısına, dini inanclarına, qonaqpərvərliyinə, nazirin ata
nəvazişinə, "avtoritet" kimi tanıdığımız şəxslərin lazım gəldikdə
dövlətimizin təhlükəsizliyinə öz köməkliyini əsirgəməməsinə,
dövlətimizin Azərbaycan tarixinə sahib çıxmasına, torpaqlarımızın
hər qarışının tarix qoxduğuna aid müxtəlif nümunələrə rast gəlmək
mümkündür.
Əsər son yüz illiklərdə Azərbaycan xalqının başına gətirilmiş
oyunların açılması üçün açar rolunu oynayır və keçmişimizi qavramaq
üçün hər kəsin oxuması vacibdir.