Yuxarı

“Onsuz da seyrəlir dost məclisləri...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Onsuz da seyrəlir dost məclisləri...”

Xalq şairi Sabir Rüstəmxanlının 70 yaşı tamam oldu.


Axar.az xalq şairinin "Ad günüm" şeirini təqdim edir:

Bəlkə min il yaşlı, on min il yaşlı

Sirli bir mahnının ardınca bu gün.

Dağlara gəlmişəm yalqız, kimsəsiz

Öz doğum günümü qutlamaq üçün!

Ürək oxuyanın işləri müşkül,

Gözlərdə göz alan dərinlik çatmır.

Onsuz da seyrəlir dost məclisləri,

Sözlərdə əvvəlki şirinlik çatmır.

Tənha zirvələrlə verim baş-başa,

Məni onlar atdı burdan həyata.

Görüm ucaların halı necədi,

Dözə bilirlərmi bu gedişata!..

Adımı köksünə həkk eləmişdim,

Bilmirəm ağrısı dərindədirmi?

Salam, çinar qardaş, nəğməm darıxır,

Sənin mahnıların yerindədirmi?

Əgər yerindəsə, bir ağız oxu,

Ya da sağlıq söylə köklər eşqinə,

Sən də badəyə dön, ay əlçim bulud,

Qaldırım başıma göylər eşqinə!

O göl qədəhini qaldır, qoca dağ,

Nuş elə, lap nəfəs kəsəsi olsun.

Mən ömrüm uzunu səni öymüşəm,

Sən də bir ağız de, əvəzi olsun!

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,

Köhnə dostlarımdı məclisimdə cəm.

Şəhərin zəhəri ayıltdı məni

Şəkər bulaqlardan keflənəcəyəm!

Elə sehr var ki, bu ucalıqda

Ürəyi dəyişər, vaxtı çaşdırar.

Dağlar ad günümə hədiyyə kimi

Ruhumu yenidən cavanlaşdırar.

Tarix
2016.05.21 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla