Yuxarı

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən S.Qafarova bu konfransın parlament sədrlərinin təsirli və uğurlu dialoq platformasına çevrildiyini və parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib. Qafarova təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb:

“Əvvəlki konfransda əsas diqqət COVİD-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər”.

Sahibə Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması bu problemlərin daha da pisləşməsinə səbəb olur:

“Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər daha da artıb, tərəqqi isə azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq”.

Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir.

Tarix
2025.07.29 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla