Yuxarı

Pezeşkianın oğlu Azərbaycana görə onları tənqid etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Azərbaycan münasibətləri əleyhinə radikal və məsuliyyətsiz ritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticə vermir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın oğlu, müşaviri və köməkçisi Yusif Pezeşkian yerli media üçün yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, ölkədə İsrailin İranla 12 günlük müharibəsində guya Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlı yayılan iddialar irəli sürülür:

“İlk öncə bu iddiaların hansı faktlara əsaslandığını araşdırmaq lazımdır. Ölkənin təhlükəsizlik xidmətləri bu haqda heç bir hesabat verməyib və bu iddaları təsdiqləməyiblər”.

Pezeşkian deyib ki, növbəti mərhələdə araşdırmaq lazımdır ki, bu iddiaların ölkəyə hansı mənfəəti və xeyri olacaq:

“Görəsən, Azərbaycanla münasibətlərin gələcəyini gərginləşdirmək istəyirikmi? Bununla əlaqədar üç versiyanı nəzərdən keçirmək lazımdır

1. Hərbi qarşıdurma - yəni, ya İran Azərbaycana qarşı döyüşmək istəyir, ya da Azərbaycanı təhrik edir. Bu, nə dövlətin, nə də xalqın istədiyi və seçimdir və ölkənin maraqlarına ziddir;

2. Nə sülh, nə müharibə vəziyyəti - yəni, iki ölkə arasında gərginlik davam edir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlı düşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalarda zərər gətirə bilər;

3. Əməkdaşlıq və qonşuluq münasibətləri - fikir ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mümkündür və ən uğurlu yanaşma budur”, - deyə o bildirib.

Prezidentin köməkçisi bildirib ki, üçüncü yanaşma - dialoq və əməkdaşlıq - həm İranın, həm də regionun sabitliyi baxımından ən məqbul yoldur.

Tarix
2025.08.06 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

Hərbçilərimizin minaya düşməsi: Ombudsmandan çağırış…

Belçika Azərbaycana yeni konsul təyin etdi

Əliyevlə Paşinyanın görüşü məxfi şəraitdə hazırlanıb

Əli Əsədov qərar imzaladı

Moskva Bakıya ciddi zərər verəcək cavab hazırlayır - Rusiya KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla