Yuxarı

“Omoniya” yaxşı komandadır, amma... - Elmar Baxşıyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Omoniya” yaxşı komandadır, amma... - Elmar Baxşıyev

Matça hazırlığımız qaydasında gedir. Meydanda ən yaxşısını etməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah tanış rəqiblə qarşılaşacaqlarını bildirib:

“Omoniya”nı təhlil etmişik. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin yox, öz komandamın meydanda nə edəcəyini düşünürəm. Düzdür, “Omoniya” yaxşı təşkilatlanmış komandadır. Amma II mərhələdəki oyunlarımızdan sonra Kipr klubunun da bizə hörmət etdiyini düşünürəm”.

O, oyun üslubunu dəyişmək fikrində olmadığını vurğulayıb:

“Öz düşüncələrimiz var ki, sabah meydanda onları həyata keçirməyə çalışacağıq. Addım-addım irəliləmək istəyirik. Hazırda yalnız sabahkı oyunu düşünürük”.

E.Baxşıyev azarkeşlərdən dəstək gözlədiyini söyləyib:

“Komandaya inansınlar, biz də onları sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 14-də Nikosiyada olacaq.

Tarix
2025.08.06 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla