Yuxarı

ABŞ görüşü və “Tramp dəhlizi” - Ankaranın reaksiyası...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ görüşü və “Tramp dəhlizi” - Ankaranın reaksiyası...

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfər edəcəyi və Ağ Ev sahibi Donald Trampla saziş imzalayacağı xəbəri yayıldıqdan sonra Türkiyənin reaksiyasının necə olacağı da maraqlıdır. Türkiyə mediası hələ ki, bu mövzuya geniş yer ayırmır. Hiss olunur ki, Ankaranın siyasi dairələri Vaşinqtonda imzalanacaq razılaşmaların Türkiyənin milli və təhlükəsizlik maraqlarına uyğun olub-olmadığını araşdırırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günü səbirsizliklə gözləyir. Çünki bu halda Türkiyə Ermənistanla sərhədi açacaq və onunla diplomatik münasibətləri bərpa edəcək. Bu, Türkiyənin Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Əlbəttə, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Gürcüstanın strateteji tərəfdaşıdır, zəif halqa Ermənistandır ki, onu da ən azı tərəfdaşa çevirməkdə fayda var. Bu, Ermənistanın Rusiyadan asılılığını daha da azaldacaq. Bunun isə Türkiyə ilə yanaşı Azərbaycana da faydası var. Türkiyədəki bəzi dairələrdə bircə Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verlməsi ilə bağlı müəyyən suallar yarana bilər. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla isti münasibətləri mövcuddur, hər ikisi bir-birinə “dostum” deyə müraciət edirlər. İndiki məqamda Ankara Zəngəzur dəhlizinin “Tramp dəhlizinə” çevrilməsinin əleyhinə olmaz. Ancaq Tramp təxminən 3 il yarımdan sonra Ağ Evi tərk edəcək və bundan sonra Vaşinqtonla Ankara arasındakı münasibətlərin necə formalaşacağını söyləmək çətindir.

Bütün hallarda Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsindənsə, dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi daha məqbuldur. Fikrimcə, Ankarada bu amili nəzərə almamış deyillər”, - o vurğulayıb.

Tarix
2025.08.08 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla