Yuxarı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Nazir “Tramp yolu” layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistana müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir.

“Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur - red.) sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər”, - nazir qeyd edib.

Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək”.

Nazir vurğulayıb ki, yolların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq: “Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır”.

Tarix
2025.09.11 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla