Yuxarı

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dünyası Sığorta Birliyinin Azərbaycanın Şuşa şəhərində keçirilən birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları birgə "Proklamasiya sənədi" imzalayıb.

Axar.az xəbər verir ki, imzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılıb. Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrar sığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.

Tarix
2025.09.14 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi

İlham Əliyev Hadruta getdi - Foto

İlham Əliyev Füzulidə bu kəndin təməlini qoydu

Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır

Rusiya S-400-ləri Türkiyədən geri alır?

Ceyhun Bayramov Qətərə getdi

TDT-nin bayrağı kosmosa göndəriləcək

Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?

Kelloq Umerovla görüşdü

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla