Yuxarı

Adnan Əhmədzadə dözümlülük göstərir, istintaqa... - Vəkil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə üçün həbs qərarı gözlənilməz olub.

Axar.az xəbər verir ki, bu barədə hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev BBC-yə açıqlamasında deyib.

"Adnan Əhmədzadə tanınmış iş adamıdır. Uzun müddət SOCAR strukturunda çalışıb. Təbii ki, bu hadisə onun üçün gözlənilməz olub. Amma dözümlülük nümayiş etdirir və bu halda istintaqa ifadələr verir və digər istintaq hərəkətlərində də iştirak edəcək", - vəkil bildirib.

Mirzəyevin sözlərinə görə, Adnan Əhmədzadə hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır və hələlik məhkəmə qərarından apellyasiya şikayəti vermək fikirləri yoxdur:

"Dörd ay ərzində istintaq hərəkətlərində iştirak edəcəyik. İşlə əlaqədar həqiqətin üzə çıxarılmasına çalışacağıq".

Vəkil cinayət işinin detalları barədə danışmasa da, Azərbaycan mediasında yayılan ittihamların Əhmədzadənin təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib.

O, açıqlamasında mediada səslənən ittihamların heç birinə münasibət bildirməyib və bunu "istintaq materiallarında olan hər bir məlumatın istintaq sirri" olması ilə əsaslandırıb.

Eyni zamanda o, Adnan Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunduğunu da açıqlamayıb, yalnız onu deyib ki, Əhmədzadə ağır cinayətlərdə ittiham olunur.

Tarix
2025.09.26 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Anım Günü ilə bağlı bu sözləri yazdı

İlham Əliyev Anım Günü ilə bağlı paylaşım etdi

Azərbaycanda Anım Günüdür

Hərbi xidmətə gedəcək şəxslərin diqqətinə!

Araik Arutyunyanın yeni görüntüsü - Foto

Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə

Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir

Adnanın bütün əmlakı Yusif Məmmədovun adına keçir

Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Şahbaz Şərif BMT-də Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla