Yuxarı

Xaçmazda minik avtomobili çaya aşdı: 6 yaralı var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda minik avtomobili çaya aşdı: 6 yaralı var

19:57

Xaçmazda "Mitsubişi Pajero" markalı minik avtomobili çaya aşıb.

Axar.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayonu Hülövlü kənd sakini Tural İskəndərov toydan qayıdarkən Ağçay çayının üzərindən keçərkən idarə etdiyi avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Qəza səbəbindən yolda uzun tıxac yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda "Mitsubişi Pajero" markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına aşması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

Report-un məlumatına görə, qəza nəticəsində 6 nəfər - avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İsgəndərov və sərnişinlər - 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.

Məlumata görə, qəzaya düşən şəxslər toy mərasimindən qayıdırlarmış.

Tarix
2025.09.26 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla