Yuxarı

Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın “Yugoimport” şirkəti Belqradda keçirilən “Partner 2025” beynəlxalq müdafiə sərgisində ən yeni nəsil özüyeriyən artilleriya sistemi Nora-B52 NG-ni təqdim edib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, tədbir çərçivəsində təqdim olunan bu sistemin Azərbaycan Ordusu üçün nəzərdə tutulduğu bildirilir.

Məlumata görə, Azərbaycan 2024-cü ilin əvvəlində 48 ədəd Nora-B52 NG artilleriya sistemi üçün sifariş verib. Təchizatlar hazırda davam edən sınaq və sertifikatlaşdırma mərhələlərinin tamamlanmasından sonra 2025-ci ilin sonuna qədər planlaşdırılır.

Yeni artilleriya sistemi yüksək texniki göstəriciləri və müasir döyüş meydanına uyğun imkanları ilə seçilir. Nora-B52 NG Çexiya istehsalı olan Tatra Force 8×8 şassisində yerləşdirilib və bu da ona çətin relyef və yol şəraitində yüksək keçid qabiliyyəti qazandırır. Qurğunun atəş məsafəsi adi mərmi ilə 40 km, aktiv-reaktiv sursatla isə 52 km-ə qədərdir. Sistem dəqiqədə 6 atəş tempinə malikdir.

Avtomatlaşdırma səviyyəsinin artırılması sayəsində artilleriya qurğusunun idarə heyəti cəmi 3 nəfərdən ibarətdir. Yükləmə, nişanlama və atəş əməliyyatlarının əhəmiyyətli hissəsi avtomatik rejimdə həyata keçirilir ki, bu da həm döyüş şəraitində sürəti artırır, həm də insan faktorunun təsirini minimuma endirir.

Erməni mətbuatı bu xəbəri bir qədər həsəd və qorxu ilə paylaşıb. Bununla belə, Azərbaycan üçün bu məlumat qürurvericidir, çünki ordunun texniki imkanlarının güclənməsi ölkənin müdafiə potensialının artması deməkdir. Ekspertlər hesab edirlər ki, Nora-B52 NG kimi yüksək texnologiyalı artilleriya sistemlərinin əldə edilməsi Azərbaycanın müdafiə strategiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu silahlanmanın məqsədi artıq yalnız Ermənistanla məhdudlaşmır. Yeni nəsil artilleriya sistemlərinin alınması Azərbaycanın müasir müharibə şəraitinə uyğun hərbi potensialını yüksəltmək, regional güc balansında strateji üstünlüyünü möhkəmləndirmək və təhlükəsizlik çağırışlarına çevik reaksiya vermək məqsədlərinə xidmət edir.

Tarix
2025.09.26 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbi xidmətə gedəcək şəxslərin diqqətinə!

Araik Arutyunyanın yeni görüntüsü - Foto

Adnan Əhmədzadə dözümlülük göstərir, istintaqa... - Vəkil

Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə

Adnanın bütün əmlakı Yusif Məmmədovun adına keçir

Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Şahbaz Şərif BMT-də Azərbaycana təşəkkür etdi

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla