Yuxarı

Bu restoranın fəaliyyəti dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, bu çərçivədə xidmət tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Tarix
2025.09.26 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Araik Arutyunyanın yeni görüntüsü - Foto

Adnan Əhmədzadə dözümlülük göstərir, istintaqa... - Vəkil

Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə

Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir

Adnanın bütün əmlakı Yusif Məmmədovun adına keçir

Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Şahbaz Şərif BMT-də Azərbaycana təşəkkür etdi

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla