Yuxarı

Ərdoğanın yanından ayırmadığı Fatimə kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə ingilis dili tərcüməçisi olaraq fəaliyyət göstərən Fatimə Gülham Abushanab hazırda diqqət mərkəzindədir. Abushanab xüsusilə NATO, G20 və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası kimi mühim tədbirlərdə Ərdoğana tərcüməçilik edir.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Fatimə Gülham Abushanabın anası keçmiş deputat Merve Kavakçı, atası isə akademik Əli Əhməd Abushanabdır.

O, ABŞ-da Corc Meyson Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, Corctaun Universitetinin "Liberal Tədqiqatlar" (Liberal Studies) proqramında isə magistr təhsili alıb.

2018-ci ildə Türkiyəyə dönərək Prezident Administrasiyasında beynəlxalq əlaqələr üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb. Fatimə Gülham Abushanab Ərdoğanın xarici səfərlərində həm diplomatik analiz və koordinasiya işlərini idarə edir, həm də ingilis dili tərcüməçisi kimi fəaliyyət göstərir.

O, ingilis və ərəb dillərini yüksək səviyyədə bilir və bu bacarığı onu beynəlxalq diplomatik görüşlərdə önə çıxarır.

Qeyd edək ki, Abushanab xüsusilə 2020-ci illərdə Ərdoğanın xarici səfərlərində kameraların qarşısına çıxaraq ictimaiyyət tərəfindən tanınmağa başlayıb. Onun qatıldığı başlıca beynəlxalq tədbirlər arasında NATO zirvəsi, G20 sammiti və BMT Baş Assambleyası yer alır.

Tarix
2025.09.26 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadə dözümlülük göstərir, istintaqa... - Vəkil

Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə

Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir

Adnanın bütün əmlakı Yusif Məmmədovun adına keçir

Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Şahbaz Şərif BMT-də Azərbaycana təşəkkür etdi

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla