Yuxarı

Muzdlu işçilərin və sahibkarların diqqətinə: Ayın 1-dən...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Vergi Xidməti tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Dövlət Vergi Xidmətindən Axar.az-a verilən məlumata görə, vergi ödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunacaq.

Qeyd olunub ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergi ödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edə biləcəklər.

Yenilik sahibkarların inzibati yükünü azaldacaq, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verəcək. Nəticədə vaxt itkisi aradan qaldırılacaq, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdiriləcək, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yaranacaq.

Dövlət Vergi Xidməti bütün vergi ödəyicilərini oktyabrın 1-dən İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) şəxsi kabinet vasitəsilə bu imkandan yararlanmağa dəvət edir.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Tarix
2025.09.26 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadə dözümlülük göstərir, istintaqa... - Vəkil

Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə

Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir

Adnanın bütün əmlakı Yusif Məmmədovun adına keçir

Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Şahbaz Şərif BMT-də Azərbaycana təşəkkür etdi

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla